RU

“Rza Pəhləvi İran rejiminə qarşı müxalifətin parçalanmasına səbəb olub...” 

“Qərbdə yaxşı görürlər ki, Pəhləvinin qeyri-rəsmi şəkildə də olsa, real bir dəstək bazası yoxdur və liderlik xarizmasından məhrumdur...”
 
“Əslində İranda bir çox cümhuriyyətçi alternativ liderlər mövcuddur. Güney Azərbaycandan tutmuş Bəlucistana qədər müxtəlif bölgələrdəki belə qrupların baxışları Rza Pəhləvi ilə uyğunlaşmır və hətta tam ziddiyyət təşkil edir...”
 
“ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi elçi Stiv Uitkoffun Rza Pəhləvi ilə görüşü qeyri-rəsmi xarakter daşıyıb. O da qeyd edib ki, Pəhləvi yaxşı bir insan ola bilər, amma bizim maraqlarımızın fərqli olması mümkündür və ən əsası, Amerika üçün önəmli olan maraqlardır. Bu da onu göstərir ki, vitse-prezident Ci Dey Vensin əvvəlki çıxışlarını da nəzərə alsaq, ABŞ İranda hakimiyyət çevrilişini nəzərdə tutmur, eyni zamanda Pəhləvini bir ciddi alternativ kimi görmür.”
 
Güney Azərbaycanlı jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert,  Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi Moderator.az-a ABŞ tərəfindən sonuncu İran şahının oğlu Rza Pəhləvinin dəstəklənməsi barədə danışarkən səsləndirib. 
 
Ekspert nəzərə çatdırıb ki, Pəhləvi ilə yaxşı münasibətlərdə olan İsraildir, amma nəticədə o, İran rejiminə qarşı olan müxalifəti birləşdirmək yerinə, daha çox onun parçalanmasına səbəb olub. 
 
“Onun müəyyən sayda tərəfdarları ola bilər. Amma bunlar əsasən İrandakı mövcud atmosferdən qaynaqlanır və keçici olması mümkündür. Ümumiyyətlə, xalq İran rejimini dəstəkləmir. Və mediada Pəhləvi rejimə alternativ kimi təqdim olunsa da, bu, doğru deyil. Əslində İranda bir çox cümhuriyyətçi alternativ liderlər mövcuddur. Güney Azərbaycandan tutmuş Bəlucistana qədər müxtəlif bölgələrdəki belə qrupların baxışları Rza Pəhləvi ilə uyğunlaşmır və hətta tam ziddiyyət təşkil edir”, -deyə güneyli alim-jurnalist qeyd edib.
 
“Amerikalıların Pəhləviyə inanmadığını düşünürəm. Verilən mesajlar da, bu qeyri-rəsmi görüş də göstərir ki, amerikalılar Pəhləviyə bir ciddi şəkildə rol vermirlər. ABŞ-dan olan bir sıra texnokratların, o cümlədən Trampa yaxınlığıyla seçilən Rudi Culianinin Pəhləvinin İran rejiminə alternativ seçilməsinə qarşı çıxışları olub. Hərçənd, mediada və “YouTube”-də Pəhləvini dəstəkləyən qruplar olsa da, ümumiyyətlə, Qərb dünyasında o, ciddi şəkildə qəbul edilmir. Çünki həmin dövlətlər də informasiya və kəşfiyyat məlumatlarını alır və yaxşı görürlər ki, Pəhləvinin qeyri-rəsmi şəkildə də olsa, real bir dəstək bazası yoxdur və liderlik xarizmasından məhrumdur. Və onun faktoru ciddiyə alınacaq birləşdirici bir faktor deyil”, - Reza Talebi vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
12
1
moderator.az

2Источники