RU

Pakistanda təhlükəsizlik tədbirləri gücləndirilib



Pakistan hakimiyyəti Əfqanıstanda yerləşən terrorçuların hücum təhlükəsi səbəbindən ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib.

Newscenter.az xəbər verir ki, bu barədə Reuters Pakistanın daxili işlər naziri Talal Çaudriyə istinadən məlumat yayıb.

Agentlik rəsminin sözlərinə istinadən bildirib ki, Pakistan Silahlı Qüvvələri terror təhlükəsinə qarşı mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

Nazir qeyd edib ki, son həftələrdə təhlükəsizlik qüvvələrinin fəaliyyəti nəticəsində Əfqanıstan vətəndaşları da daxil olmaqla onlarla terror şübhəlisi həbs edilib. Çaudri əlavə edib ki, İslam Respublikasında terror hücumlarında Əfqanıstan ərazisindən fəaliyyət göstərən yaraqlıların iştirakına dair əlavə dəlillər əldə edilib. Kəşfiyyat məlumatlarına görə, onlar yaxın günlərdə Pakistanın əyalətlərində terror hücumları həyata keçirə bilərlər.

Mehman
Избранный
21
1
newscenter.az

2Источники