RU

“Ata-anamın həbsxanaya gəlib əziyyət çəkməsini istəmədim”

Qubanın Qımıl-Qışlaq kəndində əmisi L.Seyidməmmədovu bıçaqlayan 1999-cu il təvəllüdlü Z.Seyidməmmədovun məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Müəyyən edilib ki, L.Seyidməmmədov birgəyaşayış qaydalarını pozub, sərxoş halda tez-tez ailə üzvləri ilə mübahisə edib, habelə etikadan kənar bir sıra hərəkətlərə yol verib.

27 yaşlı kişi isə əmisinin həmin əməllərinin kənd camaatı arasında onların ailəsini nüfuzdan saldığını düşünüb. Analoji hallar davam etdiyindən Z.Seyidməmmədov çıxış yolunu əmisini öldürməkdə görüb.

Maraqlıdır ki, təqsirləndirilən şəxs əmisini qətlə yetirdikdən sonra bunun nəticələri barədə də fikirləşib. Bu əməlindən sonra həbs olunacağını bilən Z.Seyidməmmədov həbsxanada olduğu zaman ata-anasının yanına gələrək əziyyət çəkməsini istəməyib. Buna görə də, o, əmisini həyatdan məhrum etdikdən sonra özünü də öldürmək qərarına gəlib. Z.Seyidməmmədov ifadəsində belə deyib.

Избранный
8
2
publika.az

3Источники