Almaniyanın Heilbronn şəhər prokurorluğu sosial media şərhlərində Almaniya kansleri Fridrix Mertsə "Pinokkio" deyən yerli təqaüdçü ilə bağlı istintaqı başa çatdırıb.
Oxuməni.az xəbər verir ki, “RİA Novosti”-nin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniya kabinetinin rəhbərini bu cür çağırmağın məqbul olduğunu düşünürlər.
İstintaqın nəticələrinə görə, iş hökumətə qarşı tənqidlə bağlı olduğu üçün dayandırılıb, çünki bu tənqid "fikir azadlığının qorunması altındadır və buna görə də icazə verilir".
Oxşar bir iş əvvəllər bağlanmışdı. Yaşıllar Partiyasının həmsədri Franziska Brantner və Almaniya üçün Alternativ (AfD) üzvü Stefan Brandner də Mertsi "Pinokkio" adlandırıblar.
Almaz Həsənli