“Uzun illər boyunca türklərə qarşı qətliamlar törədənlərin bu gün dünyada "Türklər qətliam edib" iddiaları ilə kampaniyalar aparması və müxtəlif ölkələrin parlamentlərində bu istiqamətdə qərarlar qəbul etdirməsi qəbuledilməzdir”.
SİA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında səsləndirib.
O bildirib ki, bəzi ölkələr, xüsusilə Fransa bu məsələdə öncül mövqe nümayiş etdirib: “Təəssüf ki, Qərbdə bir sıra dövlətlər bu mövzudan siyasi alət kimi istifadə ediblər”.
Fuat Oktay qeyd edib ki, hazırda Ermənistan fərqli mövqe sərgilədiyini bəyan edir və qonşularla sülh şəraitində yaşamaq istədiyini bildirir: “Biz də istəyirik ki, Avropa və Amerikadakı diasporanın illərdir müxtəlif platformalarda yaratdığı gərginlik və siyasi şoular sona çatsın”.
O vurğulayıb ki, əsas məqsəd regionda inkişaf, rifah və qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır: “Biz qonşularımızla sülh içində yaşamaq, birlikdə inkişaf etmək istəyirik. Ümid edirik ki, bu proses tezliklə reallaşacaq və diaspora artıq əsassız iddialar və boş ümidlərdən əl çəkəcək”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта