RU

Emin Məmmədov: “Səhər imsak vaxtı qidalanmaq mütləqdir”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Əgər insan artıq oruc tutmağa qərar veribsə, mütləq onun qayda və şərtlərinə riayət etməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

O qeyd edib ki, ən azı 12 saat ac qalmaq təbii sayılırsa, səhər imsak vaxtı qidalanmaq mütləqdir:

“Lakin bu vərdiş davamlı hal alarsa, bilin ki, oruc müddəti orqanizmdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, mədə qastriti, öd durğunluğu, həzm fermentlərinin zəifləməsi, öd daşı və öddə palçıqvari kütlənin yığılması riski yarana bilər.

Həmçinin qəbizlik də ortaya çıxa bilər. Çünki qida mədə-bağırsaq sistemi üçün çox önəmlidir. O, mədə şirəsinin neytrallaşmasına kömək edir və mədə-bağırsağın normal fəaliyyətini stimullaşdırır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
cebheinfo.az

2Источники