RU

Yatan akademiklər:

Bun gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Metbuat.az xəbər verir ki, Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb. Qafqazinfo-nun yazdığına görə, maraqlı məqam isə iclas zamanı zaldakı sükut olub. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkib. İclas zalından paylaşılan şəkillər müzakirələrə səbəb olub. Metbuat.az-ın araşdırması zamanı məlum olub ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri arasında yaşı 90-ı ötən, hətta 100-ü haqlayan alimlər də var. AMEA-nın həqiqi üzvü olan qocaman alimlərin bəzilərinin doğum tarixlərini təqdim edirik:⁠ ⁠Akademik Eldarov Ömər Həsən oğlu - 99 yaş ⁠ ⁠Akademik Əliyev Seyfəddin Vəli oğlu - 96 yaş ⁠ ⁠Akademik Salmanov Məmməd Əhəd oğlu - 94 yaş ⁠ ⁠Akademik Əlizadə Akif Ağa Mehdi oğlu - 92 yaş ⁠ ⁠Akademik Əliyev Telman Abbas oğlu - 91 yaş ⁠ ⁠Akademik Babayev Məhərrəm Pirverdi oğlu - 89 yaş ⁠ ⁠Akademik Məmmədov Pərviz Ziya oğlu – 89 yaş ⁠ ⁠Akademik Səfərova Zemfira Yusif qızı - 89 yaş ⁠ ⁠Akademik Babazadə Vasif Məmməd Ağa oğlu - 88 yaş ⁠ ⁠Akademik Mehdiyev Ramiz Ənvər oğlu - 88 yaş ⁠ ⁠Akademik Fərzəliyev Vaqif Məcid oğlu - 87 yaş ⁠ ⁠Akademik Cəfərov Təyyar Cümşüd oğlu - 87 yaş ⁠ ⁠Akademik Mahmudov Yaqub Mikayıl oğlu - 87 yaş ⁠ ⁠Aakdemik Rizayev Ramiz Həsən Qulu oğlu - 87 yaş ⁠ ⁠Akademik Abdinov Cavad Şahvələd oğlu - 86 yaş ⁠ ⁠Akademik Əliyev Ağadadaş Mahmud oğlu - 86 yaş

Səbinə Hüseynzadə / Metbuat.az

Избранный
6
metbuat.az

1Источники