RU

Niyə iftar və imsakdan dərhal sonra yatmamaq məsləhətdir? - Səhiyyə eksperti

Bakı. Trend:

Orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaqfizioloji baxımdan tövsiyə edilmir, çünki uzanmış vəziyyətdəmədənin boşalması ləngiyir və qastroezofageal reflüks riskiartır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, klinik müşahidələr göstərir ki, yeməkdənsonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasınasəbəb ola bilər. Bu, yanma hissi, diskomfort və həzm pozğunluqlarıilə nəticələnə bilər. Bundan əlavə, həzm prosesinin effektivgetməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir vəyüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzintimədə‑bağırsaq hərəkətliliyini stimullaşdırır. Ən son çıxan sınaqlarsübut edir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkəryüksəlməsini yarıya qədər azalda bilir”.
E.Məmmədov qeyd edib ki, oruc zamanı enerji səviyyəsini qorumaqüçün aşağı glisemik indeksli, zülal və sağlam yağlarla zənginqidaların seçilməsi, kifayət qədər maye qəbulu və yeməkdən dərhalsonra yatmaqdan çəkinmək elmi əsaslara söykənən ən effektivstrategiyalar hesab olunur:

“Bu yanaşma həm metabolik sağlamlığı qoruyur, həm də gün ərzindəfiziki və zehni performansın optimal səviyyədə qalmasına imkanverir”.

Избранный
38
8
az.trend.az

9Источники