RU

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi

Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilir.

Bu barədə “Yeni Sabah”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.

25 fevral 2026-cı il tarixindən etibarən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-cı il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək yenidən aktiv edilməyəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
14
49
yenisabah.az

10Источники