RU

Bu sürücülər imtahan verəcək

2026-cı il fevral ayının 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək. Həmin gün beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahan təşkil olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Məkəzindən məlumat verilib.

İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1679 nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 20 zal admini, 116 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50, TÜRKPA-nın yanı), DİM-in Gəncə və Bərdə Regional bölmələrində, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Избранный
3
5
publika.az

10Источники