RU

Amerikalı alim cənnətin yerini müəyyənləşdirdiyini iddia edir

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cənnət sadəcə bir xəyal deyil, kainatda real bir yer ola bilər.

Reyting.az xəbər verir ki, bunu Harvard Universitetinin keçmiş fizika professoru və elm kommunikatoru Maykl Guillen bəyan edib.

Guillenin iddiasına görə, insan ruhunun ən böyük həsrəti olan cənnət, kainatın bir nöqtəsində fiziki bir varlıq kimi mövcud ola bilər.

Guillen müasir kosmologiyaya və Eynşteynin nisbilik nəzəriyyəsinə istinad edərək deyir ki, kainatın görünən sərhədlərindən kənarda zaman dayanır, keçmiş, indiki və gələcək öz mənasını itirir.

Onun sözlərinə görə, cənnət bu zamansızlıq daxilində, insan gözünün çata bilməyəcəyi qədər uzaqda mövcuddur.

Əslində, onun nəzəriyyəsinə görə, bu bölgə Yer kürəsindən təxminən 439 kvadrilyon kilometr uzaqda ola bilər və “sirli üfüqdən” kənarda yerləşir.

Qeyd edək ki, nəzəriyyə bəzi elm adamları tərəfindən tənqid olunur. Konnektikut Kollecinin astronomiya professoru Aleks Gianninas bildirir ki, görünən üfüq fiziki bir yer deyil, yalnız görə biləcəyimiz kainatın sərhədidir.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
reyting.az

1Источники