RU

Diabet xəstələrinin DİQQƏTİNƏ: Sizin üçün oruc tutmaq...

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Diabet xəstələrinin Ramazan ayında oruc tutması xüsusi nəzarət tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bəzi insanların orqanizmi uzunmüddətli aclığa daha davamlı ola bilər və bu zaman şəxsin inancı və istəyi də nəzərə alınmalıdır.

“Amma diabet pasiyentlərində uzun müddət aclıq qanda şəkərin qəfil enməsinə, qida qəbulundan sonra isə sürətli yüksəlməsinə səbəb ola bilər. Bu halda insan özünü pis hiss edə, təzyiqi düşə və ya yüksələ bilər. Bu prosesləri əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil”, - deyə mütəxəssis bildirib.

Emin Məmmədov vurğulayıb ki, diabet xəstələri oruc tutmaq qərarını mütləq onları müşahidə edən həkimlə birlikdə verməlidirlər və bu proses nəzarətsiz olmamalıdır.

Mütəxəssis qeyd edib ki, hazırda dünyada qanda şəkər səviyyəsini davamlı izləməyə imkan verən tətbiqlər və texnoloji vasitələr mövcuddur. Onun sözlərinə görə, elmi əsaslara söykənən bu sistemlərdən istifadə etməklə və həkim nəzarəti altında bəzi pasiyentlər şəkər göstəricilərini tənzimləyərək oruc tuta bilərlər.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
bakivaxti.az

1Источники