RU

Özbəkistan Əfqanıstanda dəmir və mis yataqlarının kəşfiyyatına başlayıb

BAKI, 25 fevral. TELEQRAF

“Uzbek Overseas Geology Company” Əfqanıstanda geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsinə başlayıb. Kəşfiyyat işləri karbohidrogen ehtiyatları, dəmir və mis yataqlarının müəyyən edilməsinə yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Layihə çərçivəsində Məhəmməd-Candaqar, Şamar və Əhmədabadda geoloji kəşfiyyat işləri aparılır. Əsas hədəf karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir və mis ehtiyatlarını da müəyyənləşdirməkdir.

Özbəkistan şirkəti Əfqanıstanla danışıqlar nəticəsində layihəni həyata keçirmək üçün müvafiq lisenziya əldə edib.

Избранный
19
2
teleqraf.com

3Источники