RU

Botanika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 25 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalı soyqırımının xalqımızın qan yaddaşının ən dəhşətli və unudulmaz səhifələrindən biri olduğunu qeyd edən alim, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Qadınlar Şurasının sədri, dosent Aygün Məmmədova, Bioloji ehtiyatlar və fərdi maddələrin alınması texnologiyası laboratoriyasının müdiri dosent Hilal İmanlı və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəbnəm İsayeva Xocalı soyqırımı ilə bağlı təəssüratlarını bölüşüblər.

Tədbirdə soyqırımının nəticələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Избранный
14
azertag.az

1Источники