RU

Rusiyaya işləməyə gedən ər Azərbaycana qayıdanda dəhşət yaşadı Arvadı başqasından hamilə qalıbmış

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəkidə 1989-cu il təvəllüdlü Rüfət ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Pərvanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin mayın 19-da baş verib. Rüfət həmin gün saat 11 radələrində müraciəti əsasında ilkin mediasiya sessiyası zamanı arvadı Pərvanənin ona xəyanət etməsini etiraf etməsi və boşanmaq istəməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı əvvəlcə əli ilə onun boyun nahiyyəsindən tutaraq boğub. Bundan sonra əli və ayağı ilə arvadının bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurmaqla ona xəsarətlər yetirib. Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2011-ci ildən Pərvanə ilə evli olub və 3 övladları var: “Evləndikdən bir müddət sonra Şəki rayonunun kəndində yaşayış evi tikmişəm və orada yaşayırıq. 2021-ci ildə qaynım Elvinin yanında işləmək üçün Rusiya Federasiyasına getdim. 9 ay işlədikdən sonra geri qayıtdım. Evə qayıtdıqdan sonra həyat yoldaşım ilə aramızda mübahisə olmağa başladı və 3 gün evdə qaldıqdan sonra anamın yaşadığı kəndə getdim. Pərvanədən nə üçün mübahisə yaratdığını soruşduqda müxtəlif bəhanələr gətirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən təxminən 3 ay əvvəl hüquq-mühafizə orqanlarından birindən ona zəng vurulub, həyat yoldaşı Pərvanənin qanaxma ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olduğunu və 3 aylıq uşağın tələf olduğunu bildirdilər. Bundan sonra Pərvanənin mənə xəyanət etdiyi məlum oldu. Mən 2025-ci ilin aprel ayında boşanmaq üçün Şəki 1 saylı Mediasiya Təşkilatına getdim. Orada işləyən şəxs özü dəvət edəcəyini bildirdi”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, mayın 19-da, təxminən saat 11 radələrində onu Şəki 1 saylı Mediasiya Təşkilatına dəvət ediblər: “Ora gedəndə Pərvanəni gördüm. Bizə orada məsul şəxs suallar verdi. Pərvanənin xəyanət etdiyi üçün boşanmaq fikrimin qəti olduğunu bildirdim. Həmin məsul şəxs Pərvanəyə sual verdikdə isə o, Elçin adlı şəxsdən hamilə qaldığını və təxminən 3 ay əvvəl tələf etdirdiyini bildirdi. Bundan sonra əsəbləşərək Pərvanənin üzərinə hücum çəkdim. Onu vurdum və boğaz nahiyyəsindən sıxdım. Həmin vaxt əsəbi olduğum üçün Pərvanənin baş nahiyyəsindən 2-3 dəfə yumruqla vurdum. Amma ona təpiklə vurmamışam. Bundan sonra səs-küy olmaması və eyni zamanda kənar şəxslər gəlməməsi üçün xidməti iş otağından çıxdım”. Şəki Rayon Məhkəməsinin hökmü ilə Rüfət 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, həmçinin yaşadığı Şəki rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
demokrat.az

1Источники