RU

Baş Prokurorluq amnistiya aktı ilə bağlı seminar keçirdi FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Fevralın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Binəqədi rayon prokurorluğunun yeni inzibati binasında “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminar keçirilib. 

"Unikal" xəbər verir ki, gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə amnistiya aktının mahiyyəti, hüquqi əsasları və icra vəziyyəti ətraflı müzakirə edilib.

Seminarda çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 19 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarın qəbul edildiyini bildirib. Qeyd olunub ki, həmin qərarın icrası ilə bağlı prokurorluq orqanları tərəfindən genişmiqyaslı və sistemli tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, amnistiya aktı dövlətin humanizm siyasətinin bariz nümunəsi olmaqla yanaşı, cəmiyyətə reinteqrasiyanı, sosial ədalətin təminini və hüquqi islahatların davamlılığını təşviq edir. Dövlət humanizmi yalnız cəzanın yüngülləşdirilməsi deyil, həm də vətəndaşların islah olunaraq cəmiyyətə faydalı fərd kimi qayıtmasına şərait yaradılması deməkdir.

Daha sonra çıxış edən Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev qeyd olunan qərarın icrası ilə bağlı həmin idarə tərəfindən kompleks və əlaqələndirilmiş işlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Bildirilib ki, cari ilin fevral ayının 19-dək amnistiya tətbiq edilən şəxslərin sayı 18 355 nəfər təşkil edib. Onlardan 5 638 nəfər azadlıqdan məhrum etmə cəzasından, 9 215 nəfər digər cəzalardan azad olunub. Həmçinin 878 nəfər şərti tətbiq edilmiş cəzalardan azad edilib, 1 537 nəfərin cəzası 6 ay müddətinə azaldılıb, 1 087 nəfər isə cinayət məsuliyyətindən azad olunub.

Çıxışlarda qeyd olunub ki, amnistiya aktının tətbiqi zamanı qanunçuluq prinsiplərinə ciddi riayət edilir, hər bir müraciət fərdi qaydada araşdırılır və qərarlar ədalət, obyektivlik və şəffaflıq prinsipləri əsasında qəbul olunur.

Görüş çərçivəsində iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəyləri dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi və konstruktiv dialoq şəraitində davam edərək başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
unikal.az

4Источники