RU

ÇL: "Qalatasaray" üstünlüyünü qoruya biləcək?

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşəcək.

Azərbaycanlı futbol azarkeşlərinin maraqla gözlədiyi qarşılaşma İtaliyada baş tutacaq. “Qalatasaray” evdə 5:2 hesabı ilə məğlub etdiyi “Yuventus”un qonağı olacaq.

PSJ və “Monako” isə Parisdə üz-üzə gələcək. “Real” doğma meydanda “Benfika”nı qəbul edəcək. “Atalanta” və “Borussiya Dormtund” da münasibətlərinə aydınlıq gətirməyə çalışacaqlar.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), “Bodo Qlimt” (Norveç) və “Nyukasl” (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.

Избранный
11
publika.az

1Источники