RU

Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Far.Az-in məlumatına görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Избранный
1
5
far.az

6Источники