RU

Sergey Markov cərimələnib

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Sergey Markov “xarici agent” kimi özünü təqdim etmədiyinə görə cərimələnib.

Modern.az xəbər verir ki, Moskvanın Qaqarinski Rayon Məhkəməsi Markovu “xarici agent”lərin fəaliyyətini tənzimləyən qaydaları pozmaqda təqsirli bilərək 35 min rubl məbləğində cərimə edib.

Onun vəkili bildirib ki, Markov faktiki olaraq “xarici agent” reyestrinə daxil edilməzdən əvvəl Ədliyyə Nazirliyinə özünü bu statusda təqdim etməməkdə ittiham olunur.

Politoloq məhkəmə iclasına üzərində Rusiya Prezidenti Vladimir Putin-in şəkli olan köynəklə qatılıb. O, proses zamanı siyasi şüar səsləndirmək istəmədiyini bildirsə də, Putinin tərəfdarı olduğunu, onun “etibarlı adamı” kimi çıxış etdiyini və Ukraynadakı xüsusi hərbi əməliyyatı dəstəklədiyini deyib.

Markov çıxışında Ədliyyə Nazirliyinin qərarını tənqid edərək ittihamı əsassız adlandırıb: “Siz avtobusda olmamısınız, amma gediş haqqını ödəməməkdə günahlandırılırsınız. Bu necə ola bilər?” – deyə o, məhkəmədə bildirib.

Qeyd edək ki, Rusiyada “xarici agent” statusu alan şəxslər fəaliyyətlərini və materiallarını xüsusi qaydada işarələməli, həmçinin bir sıra əlavə hesabat öhdəliklərini yerinə yetirməlidirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
modern.az

1Источники