RU

Bakıda Lənkəranskiyə görə adam oğurlayan dəstəyə HÖKM OXUNDU

ain.az, Lent az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən məhkəmə müdafiə vəkillərinin çıxışı ilə davam edib. Təqsirləndirilən şəxslər zalda iştirak etməkdən və son söz deməkdən imtina ediblər. Onlar barəsində akt tərtib olunub.

Qısa müşavirədən sonra məhkəmə tərkibi Şücayət Rzayevin 10 il, Səlim Əliyevin 8 il, 6 ay, Samir Hüseynovun 8 il,6 ay, Müştəba Əliyev və Təbriz Əliyevin 8 il,6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Murad Rzayev və Əhməd Əzizova təyin edilən cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Onlara başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər - Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il, 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra paylaşımları görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

İttihama görə, təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

Təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsində çağırıblar. Onlar Nəzirxan Ağaxanovu öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, Zabrat qəsəbəsində yaşadığı evə aparıblar.

Daha sonra Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər onun üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar.

Hüquq-mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və digər maddələri üzrə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
12
lent.az

10Источники