RU

Bu ölkə Ermənistanda ilk səfirliyini açdı: Bakının reaksiyası necə olacaq?

Fələstin Ermənistana ilk səfir təyinatını həyata keçirib. Belə ki, İsa Kasisi Prezident Vaaqn Xaçatryanla görüşərək etimadnaməsini təqdim edib, bu da iki ölkə arasında rəsmi əlaqələrin möhkəmlənməsini təsdiqləyir. Prinsipcə, bu addım beynəlxalq siyasətdə qeyri-adi sayılmır, çünki dövlətlər suveren olaraq diplomatik əlaqələr qurmaq hüququna malikdirlər.

Azərbaycan baxımından bu təyinatın xüsusi strateji əhəmiyyəti yoxdur. Bakı Fələstinin müstəqilliyini 1992-ci ildən tanıyır və bu məsələdə hər zaman beynəlxalq hüquq və normativ prinsiplərə əsaslanan balanslı siyasət yürüdüb. Azərbaycan İsrailin Fələstin torpaqlarında qanunsuz məskunlaşma və Qüdsün paytaxt elan etməsi mövqeyini dəstəkləməyib və uzun illər ərzində Fələstində nümayəndəliyini saxlayıb. Bu baxımdan, Ermənistan–Fələstin diplomatik əlaqələrinin qurulması Azərbaycan üçün heç bir təhdid yaratmır.

Əsas səbəb odur ki, Bakı və Ankara regionda Fələstin məsələsində həmişə tarazlıq siyasəti aparıblar.

Ermənistanla Fələstin arasında diplomatik əlaqələrin inkişafı, əslində, Azərbaycan–Ermənistan sülh prosesi çərçivəsində dəstəklənə biləcək bir prosesdir. Hazırda Ermənistanla Azərbaycan arasında dialoq və danışıqlar müsbət istiqamətdə davam edir, bu baxımdan Fələstin səfirliyinin açılması Bakı üçün ciddi strateji narahatlıq yaratmır.

Bundan başqa, Fələstinin Ermənistana səfir göndərməsi, regionda mövcud olan “görünməyən ittifaqlar”ın yalnız diplomatik və mədəni xarakter daşıdığını göstərir. Tarixi və dini kontekstlər nəzərə alınsa da, bu əlaqələr Azərbaycanın maraqlarına ziyan vurmur. Azərbaycan, prinsip etibarilə, belə məsələlərdə dövlətlərin suveren qərarlarını hörmətlə qarşılayır və region balansını pozmamaq siyasətini davam etdirir.

Fələstin–Ermənistan münasibətlərinin qurulması Azərbaycan–Fələstin və Azərbaycan–Ermənistan əlaqələrinə mənfi təsir göstərmir. Əksinə, bu, Azərbaycanın regionda balanslı diplomatiya siyasətinin uğurlu şəkildə qorunmasının nümunəsidir və Bakı bunu dövlətlərin normal, suveren qərarı kimi qiymətləndirəcək.

Politoloq Turan Rzayev

Избранный
26
nocomment.az

1Источники