RU

"Cəbrayıl" bizdən üstün oynadı, amma..." - Tural Cəlilovdan qələbə şərhi

1-ci Liqanın 16-cı turu çərçivəsində dünən Şamaxıda "Cəbrayıl"la üz-üzə gələn "Şimal" 3:2 hesablı qələbə qazandı. Bu qələbə sayəsində xal hesabını 8-ə çatdıran autsayderin baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Son pillədən qurtulmaq üçün nələrsə etmək məcburiyyətindəyik. Şükürlər olsun ki, bu dəfə qələbə qazandıq. Rəqibin gücündən xəbərdar idik. Onlar birinci dövrədə bizə 7 cavabsız qol vurmuşdular. "Cəbrayıl"ın hücum xətti çox təhlükəlidir. İrəlidə üç legionerlə mübarizə aparırlar. Oyuna yaxşı köklənmişdik. Uşaqlar istəklə mübarizə apardılar, döyüşdülər, xarakter göstərdilər. Düzü, "Cəbrayıl" oyun planında bizdən üstün idi, amma qələbə qazanan tərəf biz olduq. Buna görə çox şadıq. Bu qələbədən motivasiya kimi faydalanmalıyıq. Növbəti oyunlarımızda da xal və xallar qazanmaq istəyirik".

Nihat
 

Избранный
3
1
fanat.az

2Источники