RU

Azərbaycanda 7 sığorta şirkətinin ödənişləri - ARTIB

2026-cı ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən müştərilərə edilən ödənişlərin həcmi məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin məbləğinə görə "Paşa Həyat Sığorta" ASC liderliyini davam etdirir.

"Paşa Həyat Sığorta" ASC yanvar ayı ərzində 35 milyon 330 min manat məbləğində ödəniş həyata keçirib. Siyahıda ikinci yerdə qərarlaşan "Paşa Sığorta" ASC tərəfindən müştərilərə ödənilən vəsaitin həcmi 11 milyon 185 min manat təşkil edib.

Ödənişlərin həcminə görə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC 4 milyon 688 min manat, "Atəşgah" Sığorta Şirkəti ASC isə 3 milyon 353 min manat göstərici ilə növbəti pillələrdə yer alıblar.

Bundan başqa, yanvar ayında "Qala Sığorta" ASC 1 milyon 855 min manat, "Azərbaycan Sənaye Sığorta" ASC 1 milyon 272 min manat və "Meqa Sığorta" ASC 1 milyon 109 min manat sığorta ödənişi edib. Siyahının sonrakı pilləsində yer alan "A-Group Sığorta Şirkəti" ASC tərəfindən 861 min manat ödəniş reallaşdırılıb. Hesabat ayı üzrə sığorta ödənişlərinin əsas hissəsi bazarın aparıcı şirkətlərinin payına düşüb.

Избранный
13
fed.az

1Источники