RU

Qırğızıstan Moskvada Elm və Mədəniyyət Evi açacaq

Qırğızıstan tezliklə Rusiya paytaxtında Mədəniyyət və Elm Evi açacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan lideri Sadır Japarov Bişkekdə Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Mixail Şvıdkoy ilə görüşündə bildirib.

Məlumata görə, Sadır Japarov 2025-ci ildə Qırğızıstanda keçirilən Rusiya Mədəniyyəti Günlərinin uğurlu olmasını məmnuniyyətlə qeyd edib və tezliklə açılacaq Moskvadakı Qırğızıstan Elm və Mədəniyyət Evinin mədəni əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib. O, Rusiya komandasını 2026-cı ildə Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarında fəal iştirak etməyə dəvət edib.

Zeynəb Rzayeva

Избранный
9
1
bakivaxti.az

2Источники