RU

Milli çempionatlarda ən uzun müddət qol buraxmayan qapıçıların adları açıqlanıb

Bakı, 25 fevral, AZƏRTAC

Avropanın milli futbol çempionatlarında ən uzun müddət qol buraxmayan qapıçıların yenilənmiş siyahısı açıqlanıb.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı göstərici Belçikanın “Brügge” klubunun sabiq üzvü Dani Verlindenə məxsusdur. O, 1390 dəqiqə qapısını toxunulmaz saxlayıb

İkinci pillədə Niderland millisinin keçmiş qolkiperi Edvin van der Sar yer alıb. Veteran “əlcək sahibi” İngiltərə Premyer Liqasında “Manşester Yunayted”in heyətində 1311 dəqiqə qol buraxmayıb.

İlk “üçlüy”ü Lüksemburqun “Differdanj” komandasının braziliyalı sabiq qapıçısı Felipe tamamlayıb. O, bu komandanın heyətində 1291 dəqiqə qapısında qol görməyib.

Избранный
11
1
azertag.az

2Источники