Britaniyanın "The Telegraph" qəzeti öz mənbələrinə istinadən belə biriddiairəli sürür ki, sözügedən əmlakın sahibi məhz Rusiya kəşfiyyatıdır: "Müxtəlif növ əmlak birbaşa kəşfiyyat məqsədləri üçün alınır, hər biri Avropanın müxtəlif yerlərində "Troya atı" funksiyası daşıyır". Qəzetin məlumatına görə, söhbət yay evləri, bağ evləri, anbarlar, məktəb binaları, şəxsi mənzillər, hətta bütöv məhəllələrdən gedir. Maraqlıdır ki, ruslara satılmış tikililərdə indiyədək hər hansı şübhəli fəaliyyətə rast gəlinməyib.
Mənbələrdən birinin fikrincə, rus kəşfiyyatının bu addımı NATO alyanasının "boz zonada" qətiyyətini "sınamaq" məqsədi daşıyır:"Avropada kritik infrastruktur xeyli həssasdır, odur ki əmlak əməliyyatına qarşı tezliklə tədbir görülməlidir".Öz növbəsində, Rusiya tərəfi məsələ ilə əlaqədar iddiaları, eyni zamanda, Avropaya qarşı mümkün münaqişə proqnozlarını tamamilə yalanlayır.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта