RU

Azərbaycan Premyer Liqasının 250-ci avtoqolu – ARENA.AZ

Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.

Arena.az xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.

İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümündə daha çox – 18 avtoqol vurulub. 1993/1994-cü illər mövsümündə isə ümumiyyətlə belə qol qeydə alınmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
1
7
arena.az

10Источники