RU

Ramiz Mehdiyevlə bağlı məsələ AMEA nın gündəliyindən çıxarıldı

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric edilməsi məsələsi akademiyanın bugünkü ümumi yığıncağının gündəliyindən çıxarılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, AMEA-nın bugünkü iclasında akademiyanın prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

İclasın gündəliyinə bir məsələ - AMEA-nın elmi təşkilatlarının və ali təhsil müəssislərinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında məruzə daxil edilib.

Sonda isə AMEA-nın Rəyasət Heyətinin qərarı olacaq.

Xatırladaq ki, daha əvvəl ümumi yığıncağın gündəliyinə Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılması ilə bağlı məsələnin daxil edildiyi bildirilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
baku.ws

2Источники