RU

“Xocalı soyqırımını Ermənistan təkbaşına törətməyib” Niyaməddin Orduxanlı

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç zaman unudulmayan ən ağır səhifələrdən biri kimi qalacaq. Bu hadisəni Ermənistan təkbaşına törətməyib. Ağır cinayətin şəriki Rusiyanın 366-cı alayı, rus əsgəri, zabitidir”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.

Niyaməddin Orduxanlı bildirib ki, Xocalı faciəsi bəşəriyyətin ən ağır müharibə cinayətlərindən biri kimi qəbul olunur: “Söhbət mülki əhaliyə qarşı sistemli və məqsədli zorakılıq aktından gedir. Günahsız körpələrə, uşaqlara, qadınlara, qocalara edilən ən ağır işgəncələrdən danışanda ilk olaraq Azərbaycan xalqının yaddaşına Xocalı soyqırımı düşür. Məhz bu insanlar öz milli kimliyinə, türk kökənli olduğuna, dini dəyərlərinə, islam dininin daşıyıcısı olduğuna görə amansızlıqla qətlə yetiriliblər. Xocalı soyqırımı siyasi, hüquqi və mənəvi müstəvidə həm regional, həm də qlobal miqyasda ciddi nəticələr doğuran bir cinayətdir. Bunu hər bir azərbaycanlı ürək ağrısı ilə xatırlayır. Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyalarının və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Yüzlərlə mülki şəxsin qətlə yetirilməsi, əsir və girovların işgəncəyə məruz qalması, qadın və uşaqların xüsusi qəddarlıqla öldürülməsi müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kateqoriyasına daxildir.

Bu hadisələr həm də 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın ruhuna və mahiyyətinə zidd əməllər kimi qiymətləndirilir. Xocalıda baş verənlər etnik mənsubiyyətə görə azərbaycanlı mülki əhalinin hədəfə alınması ilə müşayiət olunduğundan, hadisənin soyqırımı kimi tanınması istiqamətində Azərbaycan dövləti sistemli diplomatik və hüquqi fəaliyyət aparır.

Beynəlxalq hüquq baxımından belə cinayətlərə görə məsuliyyət həm fərdi, həm də dövlət məsuliyyəti formasında tətbiq oluna bilər. Bu baxımdan Ermənistanın siyasi-hərbi rəhbərliyinin və əməliyyatda iştirak etmiş silahlı birləşmələrin məsuliyyət məsələsi daim gündəmdə saxlanılır. Və təsadüfü deyil ki, 2023-ci il 24 saatlıq antiterror əməliyytından sonra vaxtı ilə Xocalıda soyqırımı törətmiş şəxslər həbs edildi və onlar ən ağır cəzalara layiq görüldülər. Düzdür, bu cinayətdə iştirak etmiş Səriksiyan-Köçəryan cütlyü də var. Və mütləq şəkildə bu adamlar və cinayətdə iştirak edən şəxslərin hər biri öz layiqli cəzalarını alacaqlar. Xocalı Soyqırımının 34 il ərzində dünya dövlətlərinə və beynəlxalq təşkilatların diqqətinə çatıdrılması istiqamətində görülən işlərə də toxunmaq istəyirəm. Uzun illərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında acı reallıqların dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq təşkilatlarda və parlamentlərdə faciənin tanınmasına nail olunması, informasiya müharibəsində həqiqətlərin müdafiəsinin təmin edilməsi istiqamətində səmərəli fəaliyyət bu gün də uğurla davam etdirilir. Yüzlərlə bu istiqamətdə beynəlxalq tədbirlər keçirilib, onlarla ölkələrdə Xocalı Soyqırım ilə bağlı sənədli filmlər, rəsmi faktlar təqdim olunub. Beynəlxalq mediada yüzlərlə məqalələr dərc edilib. Bütün bunların həyata keçiriməsində Leyla xanımın böyük əməyi olub. Məhz bu faəliyyətin nəticəsi idi ki, həm də Amerikanın müxtəlif ştatları Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb, 57 müsəlman ölkəsini birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı hadisələrinə dair xüsusi qətnamə qəbul edib”. Niyaməddin Orduxanlı əlavə edib ki, beynəlxalq hüquq və insan haqları platformalarında Xocalı məsələsi gündəmdə saxlanılır: “Bu, uzunmüddətli və ardıcıl diplomatik fəaliyyətin nəticəsidir. Sonda bir daha Xocalı Soyqırımın bütün qurbanlarına Allahdan rəhmət diləyirəm. Bu gün onların ruhu şaddır ki, Azərbaycan tam suverenliyinə qovuşub. Azərbaycan bu cinayətdə iştirak edən, hüquqi və siyasi müstəvidə cəzasız qalan cinayətkarların cəzalandırılması istiqamətində ardıcıl siyasəti yürütməkdə davam edir. Biz dövlət olaraq, gec-tez buna da nail olacağıq!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники