RU

Deputat imkansızlara iftar verib yardım etməyə ÇAĞIRDI

“Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir. 

İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır. Məhəmməd Peyğəmbər (s) buyurub: 

““Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz””. 

“Cebheinfo.az” xəbər verir ki, bunun Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. 

Onun sözlərinə görə, bu gün bu ənənə əksər müsəlman ölkələrində geniş yayılıb: 

“Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Cəmiyyətin üzvləri arasında birlik və həmrəylik möhkəm olduqda dövlətlər daha güclü olur. 

Allah hər zaman dövlətimizi güclü və möhkəm etsin. Odur ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara imkanlarımız daxilində əl tutaq, onları iftar süfrələri təşkil edərək sevindirək. 

Bunu edə bilmiriksə, ən azından gücümüz çatan qədər ərzaq yardımı edək. Allah bütün dua və orucları qəbul etsin!”

Избранный
5
2
cebheinfo.az

3Источники