
“Mənim Ramiz Mehdiyevlə işdən kənar heç bir əlaqəm olmayıb.”
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov deyib.
A.Məhərrəmov adının Ramiz Mehdiyev məsələsində hallandırılmasını boş söhbət adlandırıb.
“Mənim vəzifəm elə olub ki, həftədə 3 dəfə Prezident Administrasiyasında olmuşam. Artıq 10 ilə yaxındır ki, vəzifədən də çıxarılmışam. Ramiz Mehdiyevlə də sonradan heç bir münasibətim olmayıb. Bu deyilənlər boş-boş söhbətlərdir. Siz belə şeylərə baş qoşmayın”, - sabiq rektor əlavə edib.