Türkiyədə F-16 təyyarəsi qəzaya uğrayıb. Qəzada bir pilot həlak olub.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Balıkesir 9-cu Əsas Reaktiv Baza Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində Hərbi Hava Qüvvələrinin pilotu mayor İbrahim Bolat şəhid olub.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Tehran,
Sitat.info