RU

Azərbaycan düyü idxalına çəkdiyi xərci azaltdı

Bu ilin yanvar ayında Azərbaycan 7 milyon 322 min ABŞ dolları dəyərində 8 min 231ton düyü idxal edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 15,5 ton (0,2 %), dəyər baxımından isə 895 min dollar (10,9 %) azdır.Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyondollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Избранный
2
22
metbuat.az

10Источники