RU

Tramp Rusiya və Ukrayna arasındakı müharibəyə son qoymaq üçün çalışdığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı müharibəyə son qoymaq üçün çox çalışdığını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Konqresdə çıxışı zamanı məlumat verib.

Tramp bir daha xatırladıb ki, əgər mən prezident olsaydım bu müharibə heç vaxt başlamazdı:

"Və biz doqquzuncu müharibəyə, Rusiya ilə Ukrayna arasında hər ay 25 min əsgərin öldüyü qətllərə və qırğınlara son qoymaq üçün çox çalışırıq. Bir düşünün, hər ay 25 min əsgər ölür. Əgər mən prezident olsaydım, heç vaxt bu müharibə baş verməyəcəkdi", - deyə Amerika lideri vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
14
missiya.az

1Источники