Tehran ABŞ-ın dənizdən İrana hərbi zərbələr endirməsinin qarşısını almaq və bunu minimuma endimək məqsədi ilə Çinlə gəmi əleyhinə qanadlı raketlər almaq üçün danışıqlar aparır.
Azreform.info “reuters”ə istinadən xəbər verir ki, Çin istehsalı olan CM-302 raketlərinin tədarükü ilə bağlı müqavilə başa çatmaq üzrədir.
“Lakin raketlərin çatdırılma tarixi hələ müəyyən edilməyib. Səsdən sürətli raketlər təxminən 290 kilometr mənzilə malikdir və dəniz hava müdafiə sistemlərindən aşağı və sürətli uçaraq yayınmaq üçün nəzərdə tutulub”. – nəşr yazıb.
Mütəxəssislər nəşrə verdiyi açıqlamada deyiblər ki, bu silahlar İranın zərbə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və bölgədəki ABŞ dəniz qüvvələri üçün təhlükə yaradacaq.
"Əgər İran həmin ərazidəki gəmilərə hücum etmək üçün səsdən sürətli qabiliyyətə malik olarsa, vəziyyət kəskin şəkildə dəyişəcək", - deyə İsrailin keçmiş kəşfiyyat zabiti və hazırda İsrailin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunda İran üzrə baş tədqiqatçı Denni Sitrinoviç bildirib. O əlavə edib ki, bu raketləri zərərsizləşdirmək çox çətin olacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü “reuters”ə bildirib ki, Tehran müttəfiqləri ilə hərbi və təhlükəsizlik müqavilələri bağlayıb və indi bu müqavilələrdən yararlanmaq üçün ən uyğun zamandır.
Mürtəza