ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əvvəlki raundda əldə edilən razılaşmalara əsaslanaraq, İran Cenevrədə ABŞ ilə danışıqları ədalətli bir razılaşma əldə etmək niyyəti ilə bərpa edəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazıb.
Əraqçi yazıb: "Bizim fundamental inanclarımız bəllidir. İran heç bir halda nüvə silahı istehsal etməyəcək və iranlılar xalqımız üçün dinc nüvə texnologiyasının faydalarından istifadə etmək hüququmuzdan heç vaxt imtina etməyəcək".
O bildirib ki, qarşılıqlı narahatlıqları həll edəcək və qarşılıqlı maraqları inkişaf etdirəcək misli görünməmiş bir razılaşmaya nail olmaq üçün tarixi bir fürsət yaranıb.
"Razılaşma əldə edilə bilər, ancaq yalnız diplomatiyaya üstünlük verildiyi təqdirdə olar. Biz suverenliyimizi cəsarətlə müdafiə etmək üçün heç bir şeydən əl çəkməyəcəyimizi sübut etdik.
Biz eyni cəsarətlə danışıqlar masasına gəlirik və hər hansı bir fikir ayrılığının sülh yolu ilə həllini axtaracağıq".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.