RU

“Oyun başlayan kimi hər şey yaddan çıxdı” Qurban Qurbanov

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Məğlub olmağımıza baxmayaraq, pis sonluq almadı. Bizim üçün böyük təcrübə oldu. Klub olaraq çox inkişaf etdik. İlk oyundakı nəticəyə görə cavab matçına hazırlaşmaq elə də asan deyildi. Hər bir halda rəqib bizi səhvlərə yol verməyə məcbur edirdi”.

Turkustan.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

O, Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a cavab oyununda 2:3 (ilk oyun 1:6) hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmalarından danışıb:

“Bakıdakı oyunda azarkeşlərin sona qədər bizə dəstək olması turnirin çəkisini bir daha göstərdi. Buna görə çox sevindim. Əlbəttə, bunun bizə çox faydası oldu. Hər oyunumuzda rəqibin 1500-2000 azarkeşi gəlirdi. Stadionda çox maraqlı atmosfer yaranırdı. “Nyukasl” stadionunda futbolçu kimi də çıxış etmişdim. Baş məşqçi kimi çıxış edəndə o anlar yadıma düşdü. Oyun başlayandan sonra isə hər şey yaddan çıxdı (gülür)”./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
4
icma.az

5Источники