RU

Rusiyada azərbaycanlı aktrisanın qohumuna işgəncə verdilər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Rusiyanın Rostov şəhərində azərbaycanlı ailələrin yaşadığı ünvanlara gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirildiyi bildirilir.Bu barədə aktrisa Ruhiyyə Yusifova məlumat verib. Onun sözlərinə görə hərbi geyimdə olan şəxslər gecə vaxtı dayısı Mərdan Əskərovun mənzilinə daxil olublar.Aktrisa iddia edir ki, əməliyyat zamanı evdə olan ailə üzvlərinə qarşı zor tətbiq edilib. “Dayımın oğlunu səbəbsiz yerə döyüblər, ona elektroşok tətbiq ediblər. Dayımı, həyat yoldaşını, hamilə gəlinini və iki nəvəsini polis şöbəsinə aparıblar. Mənzilə ciddi ziyan dəyib, əşyalar sındırılıb”, – deyə o bildirib.R.Yusifovanın sözlərinə görə, daha sonra ailənin digər oğlunun yaşadığı evə də daxil olunub və orada da ailə üzvlərinə qarşı fiziki təzyiq göstərildiyi iddia olunur.Aktrisa əlavə edib ki, saxlanılan şəxslərin mobil telefonları əllərindən alınıb. Onun bildirdiyinə görə, aparılan şəxslərin əksəriyyəti sonradan sərbəst buraxılsa da, dayısı hələ də polis şöbəsində saxlanılır.Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırKənan İsmayıl

Demokrat.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
demokrat.az

1Источники