RU

"Budyo Qlimt" UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

"Budyo Qlimt" klubu UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.

"Report" "Opta Sport" nəşrinə istinadən xəbər verir ki, Norveç təmsilçisi pley-off mərhələsinin cavab matçında İtaliya "İnter"ini 2:1 hesabı ilə məğlub edərək (ilk oyun - 3:1) XXI əsrdə unikal nailiyyət əldə edib.

Skandinaviya klubu Avropanın "Top-5" liqalarını təmsil edən rəqiblərinə qarşı ardıcıl 4 qələbə qazanan ilk komanda olub. Norveçlilər "İnter"dən əvvəl "Mançester Siti"ni (3:1) və Madrid "Atletiko"sunu (2:1) üstələyiblər. Sonuncu dəfə belə nəticəni 1971/1972 mövsümündə Niderlandın "Ayaks" komandası göstərib.

Qeyd edək ki, "Budyo Qlimt" 2022-ci ildə UEFA Konfrans Liqasının 1/4 finalçısı, 2025-ci ildə isə UEFA Avropa Liqasının yarımfinalçısı olub.

"Cebheinfo.az"

Избранный
11
cebheinfo.az

1Источники