RU

“Bundan sonra nəyisə dəyişə bilmərik, yeganə çıxış yolu...” Kənan Kərimov “Karvan Yevlax”ın durumundan söz açdı

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Karvan-Yevlax” mövsümün ən uğursuz komandası olmaqda davam edir. Bölgə təmsilçisi Misli premyer-liqasında cari “futbol ili”ndə cəmi bir qələbəyə sevinib. Qalan 20 matçdan 3-də “sülh”ə razılaşan komanda 17-də (!) uduzub.Belə vəziyyətdən xilas yolu varmı? Komandanın sərfəli nəticə qazanmasına mane olan amillər hansılardı?Sualları klubun vitse-prezidenti Kənan Kərimova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Məqsəd premyer-liqada qalmaqdı və bu yöndə durmadan çalışırıq. Çox istəyirik ki, hədəfə çataq. Hazırlıq davam edir. Əlimizdən gələni edirik. Hələ şans var. Qarşıdakı oyunlarda qələbələr qazanmağa, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq. Zədəli futbolçular sağalmaq üzrədi. Onlar qayıdandan sonra daha geniş heyətimiz olacaq. Maliyyə sıxıntımız da yoxdu. Bundan sonra nəyisə dəyişə bilmərik, yeganə çıxış yolu döyüşməkdi”.

Xatırladaq ki, sonuncu sırada qərarlaşan “Karvan-Yevlax” 11-ci pillədəki “Kəpəz”dən 7 xal geridədi. Yevlaxlılar növbəti oyunda “Qəbələ”nin qonağı olacaq. Bu qarşılaşma fevralın 28-i, saat 17.00-da başlayacaq.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
icma.az

2Источники