RU

Çılpaq kişilərin festivalı: Xəsarət alanlar var

Yaponiyanın Okayama şəhərində keçirilən illik festival zamanı yaranan izdiham nəticəsində altı nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Hadisə 1510-cu ildən bəri keçirilən "Saidaiji Eyo Hadaka Matsuri" - “Çılpaq Festivalı” zamanı baş verib. Ənənəyə görə, fevralın üçüncü şənbə günü bel geyimli (fundosi) kişilər məbədə toplaşaraq “Vassoi! Vasoi!” şüarları səsləndirir, soyuq su ilə yuyunur və daha sonra əsas mərasimə qatılırlar. Mərasim zamanı abbat müqəddəs “şingi” - taxta çubuqlarını qaranlıq zala atır və iştirakçılar onları əldə etmək üçün mübarizəyə başlayırlar.

Bu il tədbirə təxminən 10 min kişi qatılıb. İştirakçıların müqəddəs dəyənəyi tutmaq üçün eyni anda hərəkət etməsi nəticəsində izdiham yaranıb. Şahidlərdən biri hadisəni “çılpaq insanların uçqunu” kimi təsvir edib. İzdiham dağıldıqdan sonra altı nəfərin yerdə hərəkətsiz vəziyyətdə qaldığı bildirilib.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan üçü özünə gəlib və qısa müddətdə evə buraxılıb, digər üç nəfərin isə huşsuz vəziyyətdə qaldığı qeyd olunur.

Избранный
2
6
publika.az

7Источники