Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tolik iki dəqiqədən bir “dövlət”, “dövlət” deyir. “Dövlətə güvənirəm”, “dövlətə inanıram”, “gör, dövlət neyləyəcək”. Dayan, dövlətə zəng edim, gəlirəm”.
Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında yazıb.
O hesab edir ki, ümumiyyətlə, harda dələduz adamlar var, hamısı dövlətə güvəndiyini deyir:
“Kimin günahı nə qədər çoxdursa, dövlət sözünü o qədər çox işlədir. Dövlətimin yanındayam. Allah dövlətimi qorusun.
Cəmiyyətin bu qədər nifrətini qazanmış bir adamın iki dəqiqədən bir “dövlət” deməsi o dövlətə etimadsızlıqdan başqa nə qazandıra bilər? O qədər şey var ağıza almağa, gərək dövlət sözünü ala ağzına?
Mənim qorxa-qorxa yaşadığım ölkədə Toliki bu qədər arxayın və rahat görəndə həyata daha da nifrət edirəm”.
Günay Mahirqızı
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.