RU

Narkotik satan şəxs tutuldu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan İlham Süleymanov saxlanılıb. İ.Süleymanovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib.

"Unikal" xəbər verir ki, ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 465 qram həşiş və 590 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Избранный
12
unikal.az

1Источники