RU

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start veriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura bu gün start veriləcək.

SİA xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Abşeron Olimpiya İdman Kompleksində "Gənclər" və "Ordu" komandaları üz-üzə gələcək.

Digər matç isə Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Neftçi" arasında baş tutacaq.

Hər iki görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, XV tura fevralın 28-də yekun vurulacaq.

Избранный
1
2
sia.az

3Источники