ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ - CIA) İran vətəndaşlarına əməkdaşlıq təklif edib.
"Yeni Sabah" xəbər verir ki, kəşfiyyat agentliyi özü ilə təhlükəsiz əlaqə saxlama barədə videomüraciət yayıb.
Farsca yazı sosial media platformaları "X", "Instagram" və "YouTube"-da dərc edilib.
"Bizimlə təhlükəsiz virtual zəng etmək üçün bəzi məsləhətlər" başlıqlı videomüraciət cəmi bir neçə saat ərzində milyonlarla baxış toplayıb. CIA direktoru Con Retkliff yazıların təsir göstərdiyini bildirib.
Telegram kanalımız