RU

Hamilələr BUNA GÖRƏ yarışa giriblər-DƏHŞƏT

Son illər “zerkalni” yəni rəqəmlərin simmetrik düzülüş təşkil etdiyi tarixlərdə ( məsələn, 22.02.2026 ) doğum hallarının artdığı müşahidə olunur. Belə günlərdə xəstəxanalarda onlarla körpənin dünyaya gəlməsi artıq adi hal kimi qarşılanır. Bəzi valideynlər məhz yadda qalan tarix üçün doğum vaxtını planlaşdırmağa üstünlük verirlər və bu yanaşma bəzən tibbi göstərişləri kölgədə qoya bilir. 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Sevinc Qasımova deyib ki, “zerkalni” günlərdə doğuşa maraq cəmiyyətdə tarixlərə həddindən artıq önəm verilməsinin göstəricisidir:

“Valideynlər bu günləri uğurlu hesab edir və düşünür ki, uşağın taleyi seçilən tarixlə bağlıdır. Bu isə daha çox emosional qərardır, elmi yanaşma deyil. Əsas problem odur ki, belə hallarda tibbi göstərişlər arxa plana keçir. Doğuşun vaxtını həkim yox, təqvim müəyyən edir. Halbuki burada əsas məsələ uşağın və ananın sağlamlığıdır. Bu dəbin yayılmasında sosial şəbəkələrin böyük rolu var. İnsanlar görür ki, başqaları “xüsusi tarixdə” uşaq dünyaya gətirir və onlarda da geri qalmamaq qorxusu yaranır. Nəticədə hamı bir-birini təkrar edir. Əslində isə uşağın gələcəyini tarix yox, ailədə aldığı tərbiyə, gördüyü qayğı və sağlam mühit formalaşdırır. Rəqəmlər uşağın taleyini dəyişmir. Ona görə də bu tendensiya sağlam deyil. Valideynlər dəbə yox, həkimin sözünə və uşağın sağlamlığına üstünlük verməlidir”.

Bu fenomenin kütləviləşməsində sosial şəbəkələrin təsiri danılmazdır. Başqalarının "xüsusi tarixlərdə" paylaşdığı görüntülər digər valideynlərdə geri qalmamaq hissi və oxşar maraq yaradır. İnsanlar bir-birini təkrar edərək süni bir dəb dalğası formalaşdırırlar. Sosioloqun qeyd etdiyi kimi uşağın gələcəyini rəqəmlərin düzülüşü yox, ailədəki sağlam mühit və aldığı tərbiyə müəyyən edir.

Leyla Turan


Избранный
6
1
azia.az

2Источники