
Xilasetmə qrupları Qəzzanın cənubundakı Xan Yunisin qərbindəki əl-Məvasi düşərgəsində çadırları su altında qalan bir neçə ailəyə təcili yardım göstərib .
Qəzza şəhərinin qərbindəki ərazilər, xüsusən də Remal məhəlləsi və liman ərazisi də ağır zərbə alıb.
Sosial mediada yayılan videolarda Remalda çadırların su altında qaldığı, sakinlərin daha çox ziyanın qarşısını almaq üçün həll yolları tapmaqda çətinlik çəkdiyi görünür.
Anklav yağışların nəticələri ilə mübarizə apararkən, İsrail hərbçiləri Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsində bir gənc oğlan da daxil olmaqla iki nəfəri öldürüblər. Bu qətllərin təfərrüatları aydınlaşdırılır.
“Məsələ təkcə yardımın daxil olmaması deyil, həm də İsrailin atəşkəsi pozmağa davam etməsi, fələstinliləri öldürməyə davam etməsidir”, - deyə Qəzza şəhərindən reportaj yayımlayan "Əl-Cəzirə" müxbiri Hind Xuderi bildirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən "atəşkəs"in qüvvəyə minməsindən bəri İsrail hücumlarında 600-dən çox fələstinli həlak olub.
İsrail 2023-cü ilin oktyabr ayında Qəzzada soyqırım hücumuna başlayıb və bu hücum nəticəsində 72 mindən çox fələstinli həlak olub, 171 min nəfər isə yaralanıb.
S.Laçın