RU

FIFA 2026 cı il Dünya Kuboku ərəfəsində Meksikadan əlavə təhlükəsizlik zəmanətləri tələb edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 25 fevral, AZƏRTAC

FIFA rəhbərliyi Meksika hakimiyyət orqanlarından Qvadalaxara (Xalisko ştatı) və Monterrey (Nuevo Leon ştatı) şəhərlərində təhlükəsizlik tədbirləri ilə bağlı daha ətraflı məlumat təqdim etməyi xahiş edib. Bu şəhərlər 26–31 mart tarixlərində yalnız Dünya Kuboku oyunlarına deyil, həm də pley-off mərhələsinin qarşılaşmalarına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, FIFA bölgədə artan zorakılıq hallarından narahatdır. Qvadalaxarada təhlükəsizliklə bağlı vəziyyət diqqət mərkəzində saxlanılır.

Meksika Prezidenti Klaudiya Şeynbaum, Xalisko və Nuevo Leon ştatlarının qubernatorları həm turnir iştirakçılarının, həm də azarkeşlərin təhlükəsizliyinin tam təmin olunacağını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
azertag.az

2Источники