RU

Britaniyada nadir hadisə: Ölən donordan orqan köçürülən qadın ana oldu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyada ilk dəfə olaraq vəfat etmiş donordan uşaqlıq köçürülən qadın sağlam körpə dünyaya gətirib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, dünyaya gələn oğlan uşağının çəkisi təxminən üç kiloqram olub.

Qeyd olunur ki, Avropada bundan əvvəl yalnız iki analoji doğuş hadisəsi qeydə alınıb.

Körpənin anası nadir xəstəlikdən əziyyət çəkib və ona sonsuzluq diaqnozu qoyulub. Qadına 2024-cü ildə uğurlu transplantasiya əməliyyatı aparılıb. Əməliyyatdan bir neçə ay sonra o, müalicəyə başlayıb və nəticədə oğlu dünyaya gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
oxu.az

1Источники