RU

“Yuventus” qapıçı axtarışına çıxıb

“Yuventus” qapıçı mövqeyini gücləndirmək üçün variantlar axtarmağa davam edir.

İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Turin klubu Mikele Di Qreqoriodan məyus olub və onu daha güclü qapıçı ilə əvəz etmək istəyir.

Mənbənin məlumatına görə, əsas namizədlər “Liverpul”dan Alisson Bekker və “Tottenhem Hotspur”dan Qulyelmo Vikariodur. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ildə başa çatır və o, artıq “Roma”nın baş məşqçisi Luçano Spalletti ilə işləyib. Turin klubunun artıq mümkün transferlə bağlı Vikario ilə əlaqə saxladığı bildirilir. “Tottenhem” qapıçını 25-30 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz
Избранный
41
1
idman.biz

2Источники